Meksikada aslan insanı parçaladı

Meksikanın Mexiko ştatında Valye-de-Bravo bələdiyyəsi müvəqqəti olaraq məktəblərdə dərsləri dayandırıb.

“Radio Formula” xəbər verir ki, buna səbəb bir neçə gün öncə yerli rançolardan birindən qaçaraq insanı parçalayan aslan olub.

Vəhşi heyvanın axtarışları martın birindən davam edir.

Axtarışa yerli dəniz qüvvələri, ştatın və bələdiyyənin polis əməkdaşları qoşulub.

Hökümət əhaliyə zəruri olmadıqca evdən çıxmamağı məsləhət görüb.

0.28388404846191