Britaniyada valideynlər yeniyetməni kompüter oyunlarından yayındırmaq üçün sükan arxasına otuzdurdular

Britaniyanın Lankaster şəhərində 11 yaşlı oğullarını aşırı kompüter oyunları aludəçiliyindən xilas etmək istəyən valideynlər qeyri-adi üsula əl atıblar.

“Mirror” xəbər verir ki, valideynlər yeniyetmənin səhərdən axşamadək “GTA” oynamasından bezərək ona maşın sürməyə icazə veriblər.

Lakin yerli polis valideynlərin bu radikal üslubunu bəyənməyib.

Bu addıma görə onlar cərimə ödəməli olacaqlar.

Qeyd etmək lazımdır ki, uşağın valideynləri daha bir qanunu pozublar.

“GTA” oynunu yalnız hədd-büluğa çatmış insanlar oynaya bilər.

0.32010316848755