Şirvanda yeni doğulan körpə öldü

Şirvan şəhərində bu gün saat 00:30-da yeni doğulan körpə ölüb. 

APA-nın məlumatına görə, Şirvan sakini, 1995-ci il təvəllüdlü İsmayılova Gültən Möhübbət qızının dünyaya gətirdiyi qız uşağı doğuşdan sonra ölüb. 

Faktla bağlı Şirvan prokurorluğu tərəfindən araşdırma aparılır.
0.31585907936096