Bakıda yarışan avtomobil qəza törədib, 3 nəfər xəsarət alıb - FOTO

Paytaxtın Səbail rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

Bakunews.media-ın məlumatına əsasən, qəza Azneft dairəsində qeydə alınıb.

Belə ki, Şahin Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə prospektdə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi hotelin qarşısında dayanmış vəziyyətdə olan “TX4” markalı “London taksi”sinə çırpılıb.  O isə qarşısında hərəkətsiz dayanmış digər eyni markalı taksiyə dəyib.

Daha sonra “Mercedes” hotelin divarına çırpılıb. Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb.

Hadisə zamanı “Mercedes”in sürücüsü və sərnişini, eləcə də taksinin sürücüsü xəsarət alıb.

Taksi sürücüsü Ceyhun Məmmədov Baku TV-yə bildirib ki, “Mercedes” markalı nəqliyyat vasitəsi digər avtomobillə yarışırmış. Sürət yüksək olduğundan sürücü sükana nəzarəti itirib.

Əraziyə Səbail Rayon DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli

BAKU TV

0.32480597496033