Azərbaycanda ali təhsil formaları dəyişdi - Baş nazirdən QƏRAR

“Formal təhsilin təşkili Qaydaları”nda dəyişiklik edilib.

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, formal təhsilin əyani forması tədrisə tam cəlb olunma – “fulltime” və tədrisə qismən cəlb olunma – “parttime” formalarında olacaq.

Ali təhsil (bakalavriat və magistratura) və təkrar ali təhsil üzrə əyani təhsil “fulltime” və “parttime” formalarında həyata keçiriləcək.

Qeyd edək ki, indiyə qədər formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilirdi.

0.29559707641602