Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın tam söndürülüb - YENİLƏNİB ++ FOTO

Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yanğın tam söndürülüb.

APA-nın məlumatına görə, yanğın zamanı xəsarət alan olmayıb, lakin bazaya bitişik  72 saylı tam orta məktəbin köməkçi binası kimi istifadə olunan hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

00:08

Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yanğın başlayıb. 

APA-nın məlumatına görə, yanğın bazanın keçmiş yeməkxanasında və Ağdam rayonunun 72 saylı orta məktəbinin köməkçi binası kimi istifadə olunan hissəsində baş verib. 

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. 
0.30680298805237