Azərbaycanda 23 yaşlı qız burun əməliyyatı zamanı öldü

Qaxda 23 yaşlı qız əməliyyatda ölüb.

Bakunews.media xəbər verir ki, hadisə Qax rayon Xəstəxanasında baş verib.

Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcovanın burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında lor-həkim Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilib.

Qızın vəziyyəti cərrahiyyə masasında qəflətən halı pisləşib və o, vəfat edib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.

0.3097620010376