Bakıda beton daşıyan maşın qəza törətdi: Şəhərə giriş bağlandı - VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Binəqədi rayonunda, avtovağzalın yaxınlığında qeydə alınıb.

Belə ki, dönmə əməliyyatını düzgün yerinə yetiməyən yük avtomobili divara çırpılıb. Nəticədə, beton plitə daşıyan maşın yolu bağlayıb. Hadisə səbəbindən Bakı Dairəvi-1 yolundan gələn avtomobillər üçün şəhərə giriş bağlanıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

0.38825702667236