Azərbaycanda dərslər yenidən təxirə salına bilər - RƏSMİ
“Təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı müddət uzadıla bilər”.
Bakunews.media-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, hazırda martın 27-dək təhsil müəssisələrində tədris dayandırılıb:
“Həmin vaxta bir neçə gün qalmış ölkədəki vəziyyət qiymətləndirilə bilər. Daha sonra dərslərin dayandırılması ilə bağlı vaxtın uzadılıb-uzadılmaması barədə qərar verilə bilər”.
İlhamə Əbülfət