Gəncədə telefon mağazasında yanğın baş verib

Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli telefon satışı mağazasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 120 m² telefon satışı mağazasında əşyalar 2 m² sahədə yanıb, yüksək temperaturdan bir ədəd televizor əriyib.

Mağaza yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.30231380462646