ETSN-dən nazirlik rəsmisinin rəhbərlik etdiyi cinayətkar dəstənin tutulması ilə bağlı RƏSMİ AÇIQLAMA

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələdə meşə gözətçilərinin həbsi ilə bağlı açıqlama verib.

Bakunews.media-ın sorğusuna cavab olaraq qurum rəsmisi qeyd edib ki, bu, son illər ölkədə aparılan genişmiqyaslı ekoloji işlərə vurulan zərbədir.  

“Biz meşələrin bərpası və  inkişafı işlərini davam etdirəcəyik və ağac kəsənlərlə, təbiətin düşmənləri ilə mübarizəmizi daha sərt edəcəyik”, - deyə o, bildirib.

İlhamə Əbülfət

0.35980415344238