Abşeronda yeniyetməyə çoxsaylı bıçaq zərbəsi vurulub

Abşeron rayonunda 17 yaşlı oğlan bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

2003-cü il təvəllüdlü Nəbiyev Toğrul Aydın oğlu tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı boyun və qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

0.35401606559753