Bakıda 66 yaşlı qadın çalışdığı evdən külli miqdarda pul oğurluğunda şübhəli bilinir

Bakının Nərimanov rayonunda mənzildən külli miqdarda oğurluq hadisəsi baş verib.

Bu barədə Bakunews.media-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

1983-cü il təvəllüdlü Yalçin Xakiyev 17-ci Polis Bölməsinə şikayət edərək, mənzilindən 9 min dollar yoxa çıxdığını bildirib.

Həmin şəxs evində işləyən 1954-cü il təvəllüdlü G.M.-dən şübhələndiyini deyib.

Həmin qadın hələlik tutulmayıb, onun oğurluqda əli olub-olmadığı araşdırılır.

Ramella İbrahimxəlilova

0.35858511924744