FHN əməkdaşları dənizdə batanları xilas etdi

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Hövsan sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə deyilir. 

0.43932294845581