Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə dayonun Borsunlu kənd yolunda qeydə alınıb. 

Avtomobil qəzası zamanı iki nəfər - Borsunlu kənd sakini, 1996-cı il təvəllüdlü Emin İmamverdiyev və həmkəndlisi, 1997-ci il təvəllüdlü İbrahim Yusibov müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

0.16429209709167