İmişlidə avtomobil piyadanı xəstəxanalıq etdi

İmişli rayonunda avtomobil piyadanı vuraraq ona ağır xəsarət yetirib.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında İmişli şəhəri, H.Əliyev prospektində baş verib.

İmişli sakini Səbuhi Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İmişli rayon Bəhramtəpə qəsəbə sakini, 1989-cu il təvəllüdlü Cəfərov Mehman Elman oğlunu vurub. Piyada kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

0.37409901618958