Bazar günü, “Vosmoy bazarı” və... səssizlik – FOTOREPORTAJ

Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə tətbiq edilmiş xüsusi karantin günlərində, bütün paytaxtda və ölkənin bir sıra digər şəhər və rayonlarında olduğu kimi, Bakının 8-ci kilometr qəsəbəsi də səssizliyə qərq olub.

Şəhərin ən gur yerlərindən olan, “Vosmoy bazarı” kimi tanınan “Ticarət mərkəzi 4” ASC-nin və “Neftçilər” metro stansiyasının ərafını, həm də bazar günü belə boş görmək qeyri-adi təsir bağışlayır.

Qara Qarayev prospektində ara-sıra avtomobillər gözə dəyirdi. Onların da əksəriyyəti müxtəlif kommunal xidmətlərin qəza-bərpa maşınlarıdır.

Metro stansiyasının özü bağlı olsa da, giriş-çıxışından yeraltı keçid kimi istifadə etmək mümkündür.

Hüseyn İsmayılbəyli

0.36099696159363