Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 kvm olan mənzilin eyvanına yığılan tikinti materialları 3 kvm sahədə yanıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.36013412475586