Gəncədə polis yaşlı qadına kömək etdi - FOTO

Gəncədə polis yaşlı qadına kömək edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları sərt karantin rejimi ilə əlaqədar şəhərin inzibati ərazisində xidmət apararkən bir nəfər yaşlı qadının yaşayış yerini icazəsiz tərk etdiyini müəyyənləşdirib.

Polis əməkdaşları dərhal vətəndaşa yaxınlaşaraq koronavirus pandemiyası və ölkə ərazisində tətbiq edilən karantin rejim barədə məlumat veriblər. Şəhər sakini bildirib ki, səhhəti ilə bağlı dərman almaq üçün çıxıb. Polis əməkdaşları vətəndaşı evinə qaytararaq, onu lazım olan dərman preparatları ilə təmin ediblər.

0.377357006073