Kürdə batan şəxsin meyiti tapılıb

Bərdədə Kür çayında batan gəncin meyiti tapılıb.

Bu barədə Bakunews.media-a Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən məlumat verilib.

İyunun 5-də batan 2002-ci il təvəllüdlü Mirağazadə Röyal Rafiq oğlunun axtarışları başa çatıb.

Qeyd edək ki, bu gün Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1990-cı il təvəllüdlü Abdullayev İlham Əhəd oğlunun axtarışları başa çatıb. 

Hər iki şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

0.31764101982117