Gəncədəki qətl hadisəsinin təfərrüatı: Baba arvadını, gəlinini və iki nəvəsini bıçaqladı - YENİLƏNİB

Gəncədə dörd nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Ailə başçısı həyat yoldaşını, gəlinini və iki nəvəsini bıçaqlayıb.

Nənə yerindəcə dünyasını dəyişib. 

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

20:45

Gəncə şəhərində kütləvi dava zamanı üç nəfər bıçaqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, bıçaqlananların biri ölüb, digər iki nəfəri isə ağır yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. 

Ölən və xəsarət alanların kimliyi məlum deyil. 

Hadisənin hansı səbəbdən baş verməsi dəqiqləşdirilir. 

0.31013488769531