Azərbaycanda daha bir xəstəxananın işçiləri koronavirusa yoluxdu

Bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstititunun daha iki əməkdaşında koronavirus aşkarlanıb və onlar təcrid edilib.

Medicina.az xəbər verir ki, koronavirusa yoluxan əməkdaşlardan biri - Qəbul-qeydiyyat Şöbəsində çalışan Sevinc Zeynalova hamilədir.

O, birlikdə çalışdığı həkimdən yoluxub. Həkim koronavirus olduğunu bilsə də, işinə davam etmək məcburiyyətində olub.

Digər əməkdaşın vərəm şöbəsində tibb bacısı olaraq çalışdığı bildirilir. Onlar virusu ailələrinə yoluxdurublar. Yoluxanlar xəstəxanaya yerləşdirilib.

0.36046600341797