Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

7 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib.

Bakunews.media xəbər verir ki, sosial məsafənin qorunması və Nazirlər Kabineti yanında operativ qərargahın təlimat və tövsiyələrinin nəzərə alınması ilə keçirilən qəbul Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının binasında baş tutub. Deputat seçiciləri fərdi qaydada dinləyib, onların qaldırdıqları məsələlərlə maraqlanıb.

COVID-19 pandemiyası ilə əlaqədar seçicilərlə görüşün intensivliyi və kütləviliyinin məqsədəuyğun olmadığını nəzərə alaraq, dairə sakinləri ilə ünsiyyət videobağlantı və fərdi qaydada davam etdirilir. Seçiciləri maraqlandıran problemlər sırasında hüquqi yardım, mənzil təminatı, sosial müavinətlərin alınması, məşğulluq məsələləri çoxluq təşkil edib. E.Allahverdiyev dairə sakinlərinin qaldırdıqları problemlərlə yaxından maraqlanacağını və həllinə nail olmağa çalışacağını bildirib.

Qeyd edək ki, may ayında E.Allahverdiyevə seçiciləri tərəfindən 456 müraciət daxil olub, bunlardan 452-si həllini tapıb, üçü deputat sorğusu ilə icra orqanlarına yönəldilib, biri isə əsassız hesab olunub. Ümumiyyətlə, son üç ayda millət vəkili və komandasının üzvləri 1 815 ailədə olublar.

0.3016791343689