Van Qoqun məşhur əsəri kriminal qruplaşmanın əlinə keçib - VİDEO

Dünya şöhrətli rəssam Vinsent van Qoqun üç ay əvvəl muzeydən oğurlanan “Bahar bağı” adlı rəsm əsəri tapılıb.

REN TV-nin xəbərinə görə, niderlandlı detektiv Artur Brand iddia edir ki, rəsm əsəri mafiya qruplaşması tərəfindən oğurlanıb və hazırda kriminal aləmdə nüfuz sahibi olan şəxsin əlindədir.

Xatırladaq ki, 2020-ci ilin martın 30-da Niderlandın Singer Laren muzeyinin qapı və şüşələrini sındıran oğrular Vinsent van Qoqun məşhur “Bahar bağı” adlı rəsm əsərini oğurlayıblar.  

Yerli polis həyəcan siqnalına cavab versə də, oğruları tutmaq mümkün olmayıb.

0.31502199172974