“Qrotesk irqçiliyi”: Dörd eks-spikerin portreti Kapitolidən çıxarıldı - VİDEO

ABŞ-ın konfederasiya dövrünün dörd sabiq spikerinin portreti Vaşinqtonda Kapitoli binasından çıxarılıb.

Bu barədə RT xəbər yayıb.

Məlumata görə, həmin addım Texasda vətəndaş müharibəsinin bitməsi və qulların azad edilməsinin ildönümü ərəfəsində atılıb.

Konqres salonlarını “demokratiyanın ürəyi” adlandıran Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, konfederatları - zorakı fanatizmi və Qrotesk irqçiliyini təcəssüm etdirən insanları əbədiləşdirmək üçün yer olmadığını deyib.

ABŞ-da anti-irqçi etirazlar fonunda müstəmləkəçilərin abidələri dağıdılır. Belə ki, Bostonda Kolumbun heykəlinin başı qoparılıb, Riçmondda isə onun başqa bir abidəsi gölə atılıb. Bundan başqa, Sent-Luisdə məşhur səyyahın 140 illik heykəli sökülüb.

0.96023917198181