İlon Mask malikanəsini 29 milyon dollara satdı
Amerikalı milyarder İlon Mask Los-Ancelesdəki malikanələrindən birini 29 milyon dollara satıb.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr qeyd edib ki, malikanə əvvəlcə 30 milyon dollara satışa çıxarılıb.
İ.Mask evi 2012-ci ildə “Canyon Capital” şirkətinin təsisçisi Mitçel Culisdən 17 milyon dollara alıb.
Bundan başqa, İ.Maskın Los-Ancelesdə daha beş əmlakının olduğu bildirilir.