Moskvada taxtadan çoxmərtəbəli bina tikiləcək
Rusiyanın Moskva şəhərində taxtadan çoxmərtəbəli bina inşa ediləcək.
“İnterfaks” xəbər verir ki, binanın tikintisi 2021-ci ilin yayına planlaşdırılır.
Bina CLT (cross-laminated timber) texnologiyasına uyğun olaraq inşa ediləcək - ağac panellər bir-birinə yapışdırılmış taxta qatlardan hazırlanacaq. Burada, əsasən, iynəyarpaqlı ağac materialından istifadə ediləcək.
Qeyd edilir ki, hələlik layihə üzərində iş aparılır. Layihələndirmə bitəndən sonra smeta hesablanacaq və binanın harada tikiləcəyi açıqlanacaq.