Türkiyə MN: “Azərbaycanın azad edilmiş yaşayış məntəqələrinin sayı 193-ə çatdı” - FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

Bu barədə nazirliyin “Twitter” hesabında qeyd olunub:

“Qəhrəman Azərbaycan ordusu cəbhədə gücünü və imkanlarını nümayiş etdirərək işğal altındakı torpaqlarını xilas etməyə davam edir. Uğurlu hücum əməliyyatları ilə Ermənistan ordusundan azad edilmiş yaşayış məntəqələrinin sayı 193-ə çatdı”.

0.90848898887634