Partiya sədri: Trampa garşı ədalətsizlik olub

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-un suallarını cavablandırıb.

Fuad müəllim, ABŞ-da keçirilən prezident seçkilərin ilkin nəticələrinə görə Co Bayden qalib gəlib. Seçkiləri necə qiymətləndirərdiz?

- Mən hesab edirəm ki, Trampa garşı ədalətsizlik olub. Poçtla göndərilən səslər səsvermə gurtarandan sonra hesablanıb. Bu da qanuna ziddir. Görürsüz ki, demokratiyanın beşiyində də qanun pozuntuları olur.(Gülür) Amerikada keçmişdə belə qanun pozuntuları ilə seçilən prezident olub. Amerika bütün ölkələrdən demokratik seçkiləri tələb edir, amma özü demokratik seçkilərin tələbinə uyğun seçkilər keçirmir. Hər dəfə seçkilərdə iki partiya iştrak edir. Bu bəyəm demokratiyanın göstəricisidir? Başqa ölkələrdə iki namizədlə keçirilən seçkiləri onlar alternativsiz adlandırlrlar. 2008-ci ildə Azərbaycanda iştrak etdiyim prezident seçkilərində 7 namizəd olub. Bu seçkiləri alternativsiz adlandırmışdılar. Halbuki özlərində ancaq respublikaçı və demokrat partiyaları iştrak edir. Eynilə Konqressə seçkilərdə də. Böyük Britaniyada da eyni vəziyyət idi. Konservativ və Leyborist partiyalar bir-birilə rəqabət aparırdılar. Amma 20-25 il bundan qabaq üçüncü partiya, Liberal Demokrat partiyası siyasi səhnəyə daxil oldu. Və həmin dövrdən bu üç partiya Nazirlər Jabinetini formalaşdırırlar. İndi ABŞ-da keçirilən seçkilərə qayıdarkən, düzdür, ilkin nəticələrə görə Co Bayden irəlidədir, amma yekun nəticələri gözləmək lazımdır. Nəticələr dəyişə bilər.

-Sizcə niyə Tramp səs toplaya bilmədi?

-Böyük zərbə koronovirusdan gəldi. Keçən dörd il ərzində ABŞ iqtisadiyyatı artmışdı, işzizlik azalmışdı. Pandemiyaya görə 2020-ci ilin əvvəlindən hər şey dəyişdi. Koronavirus iqtisadiyyatın yüksəlişini dayandırdı, işsizlərin sayı sürətlə çoxaldı. Seçkilərə bir il qalmış bir neçə ştatda qaradərilərin polis tərəfindən öldürülməsi və Trampın polisləri müdafiə etməsi də, elektorat baxımdan ona zərbə oldu.

-Fuad müəllim, Co Baydenin seçiləcəyi təqdirdə, ermənipərəst çıxışları nəzərə alsaq, Azərbaycana qarşı siyasəti sərtləşəcəkmi?

-Bayden seçilsə Azərbaycana qarşı ciddi dəyişiklik olmayacaq. Heç erməniləri də dəstəkləməyəcək. Belə deyim, 100 il bundan qəbul olunan qanunları kim prezident olursa olsun, onları dəyişə bilməz. Dövlətin siyasətinə qarşı gedə bilməz. Global siyasət var. Global siyasəti də təkcə Amerika həll etmir. Sadəcə Azərbaycan Amerika ilə münasibətləri normal səviyyədə saxlamalı və 907-ci düzəlişin ləğv olunmasına çalışmalıdır.

0.10914611816406