“Vaqner” hərbi təşkilatı açıq şəklində Azərbaycan ərazi bütövlüyünü...

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev  Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın Qarabağda “terror anklavı” yarana bilər və ora terrorçu-muzdluların gəldiyi sözlərini şərh edib.

Fuad Əliyev belə bəyanatların təkcə Rusiya rəsmiləri tərəfindən yox, ATƏT-in Minsk qrupunun həmsədr olan ölkələrin nümayəndələri tərəfindən də səslənməsini qeyd edib:

“Sentyabrn 27-dən başlayaraq Azərbaycan ordusu əks-hücuma keçərək anti-terror əməliyyatlara başlayıb. Həmin vaxtdan belə bəyanatların şahidi olduq. Amma bu bəyanatlarda konkret ünvan göstərilməmişdi. Deyilirdi ki, Qarabağda terrorçular və muzdlular var. Amma onların kimin tərəfindən vuruşduğunu demirdilər. Dolayısı ilə onların belə bəyanatları, bizim 30 il ərzində verdiyimiz bəyanatlarla üst-üstə düşür. Biz 30 ilə yaxın deyirik ki, ermənilər işğal etdiyi torpaqlarımızda bir çox ölkələrdə qadağa olunan PKK və digər terror təşkilatlarının bölmələrini yerləşdiriblər. Ikinci Qarabağ müharibəsində Suriya, Livan və başqa ölkələrindən gələn muzdluların ermənilər tərəfində vuruşması artıq sübüt olunub. Onların sənədləri mətbuat vasitəsilə təqdim olunub. Digər məsələ ondan ibarətdir ki, ”Vaşinqton Post", Rusiya, Fransıya və Almaniyanın bir sıra mətbuatında bu məsələ daha çox qabardılır. Və bu ölkələrdə bəzi ermənipərəst mətbuatı terror təşkilatların məhz Azərbaycan tərəfində olduğunu deyirlər. Bu aydın məsələdir ki, bu sifarişli yazılar əsasız, faktsız və qərəzlidir.”

““Vaqner” hərbi təşkilatına gəlincə, onun rəhbəri açıq şəklində Azərbaycan ərazi bütövlüyünü, ermənilərin işğal etdiyi torpaqlardan qeyd-şərtsiz azad edilməsilə bağlı bəyanatı olub.”-ALDP sədri qeyd edib.

Sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsin təklifinə Fuad Əliyev bunu deyib:

“Beynəlxalq qanunlara görə bu məsələ münaqişədə iştrak edən tərəflərin razılığı ilə həll olunur. Azərbaycanın razılığı olmadan hər hansı sülhməramlıdan və digər məsələlərdən söhbət gedə bilməz. Azərbaycan ordusu torpaqları erməni separatçılarından azad edir. Azad edəndən sonra, əgər ermənilər öz mərkli fikirlərindən əl çəkmiyəcəklərsə, onda Azərbaycan-Ermənistan sərhədində BMT-nin sülhməramlıları yerləşdirilə bilər. Amma inanmıram ki, bizim Böyük Qələbədən sonra, ermənilər buna gedərlər.”

 

0.088048934936523