Ukrayna polisi Azərbaycanın Ukraynadakı nümayəndəliyinin mühafizəsini gücləndirir

Ukrayna polisi Xarkovdakı hadisədən sonra Azərbaycanın ölkədəki rəsmi nümayəndəliklərinin mühafizəsini gücləndirəcək.

Bu barədə Ukrayna Milli Polis İdarəsinin rəisi İqor Klimenko məlumat verib.

“Yaxın vaxtlarda Azərbaycan və Ermənistanın bütün rəsmi nümayəndəlikləri polisin himayəsinə götürüləcək. Hər kəsi, xüsusən diaspor nümayəndələrini Ukraynada olan hər iki dövlətin vətəndaşlarını tolerantlığa çağırırıq”, - Klimenko deyib.

Onun sözlərinə görə, polis Azərbaycan konsulluğunun atəşə tutulmasında iştirak edənlərin tutulması üçün hər şeyi edəcək.

Klimenko bu hadisəni “vəhşi cinayət” adlandırıb.

Xatırladaq ki, iki naməlum şəxs Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasına atəş açıb.

Faktla bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi başladılıb.

0.36062693595886