Ermənistan törətdiyi cinayətlərə görə mütləq cavab verməlidir

“Azərbaycan xalqı hansı mənfur düşmənlə mübarizə apardığını yaddan çıxarmamalıdır. Ona görə də, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və qorunub saxlanması məsələsində daim həmrəylik nümayiş etdirmək əsas vəzifəmiz olmalıdır”.
Baku News xəbər verir ki, bunu “Yeni Azərbaycan” qəzetinə verdiyi açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.
ALDP sədrinin sözlərinə görə, işğalçıların Azərbaycan torpaqlarında törətdikləri vandallıqlar sübut edir ki, biz mənfur düşmənlə üz-üzəyik:

“Onlar qanunsuz məskunlaşdıqları evləri, meşələri yandırırlar. Bununla hansı dağıdıcı missiyanın daşıyıcısı olduqlarını bütün dünyaya nümayiş etdirirlər. Dövlət başçısının da vurğuladığı kimi, işğalçı Ermənistan bu illər ərzində və hazırda törətdiyi cinayətlərə görə mütləq cavab verməlidir. Azərbaycan Liberal Demokrat Partiyası olaraq biz bu vandalizm aktlarını, o cümlədən təbiətə vurulan ziyanı əks etdirən materialları beynəlxalq təşkilatlara göndərmişik”.

0.13877892494202