Partiya sədri: G-20 sammiti Azərbaycana nə verəcək?

Azərbaycan Romada keçiriləcək “Böyük iyirmilik” (G-20) ölkələrinin zirvə görüşünə dəvət edilib. Tədbirə həmçinin BMT, Avropa İttifaqı, əsas beynəlxalq maliyyə təsisatları da dəvət alıb. İtaliyanın sədrliyində “İnsanlar, Planet, Rifah” deyə üç başlıqla ifadə olunan ətraf mühitin mühafizəsi, yeni təhlükələrin qarşısını almaq kimi hədəflər qarşıya qoyur.

Zirvə görüşü ərəfəsində may-sentyabr ayları ərzində nazirlər səviyyəsində 10 sahəvi (innovasiya və tədqiqat, iqtisadiyyat və maliyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm, ətraf mühit, iqlim və enerji, ticarət, əmək və təhsil, səhiyyə, xarici işlər və inkişaf, cari məsələlər) görüş keçiriləcək.

Bu barədə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirdi ki, Azərbaycan üçün iqtisadi baxımdan çox əhəmiyyətli olacaq:

“Azərbaycan Romada keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin zirvə toplantısına dəvət edildi. G-20 dəvət Azərbaycan üçün daha bir tarixi qələbədir. Vətən-İkinci Qarabağ müharibənin və düzgün yürüdülən siyasətin uğurlu nəticəsidir. Bu onu göstərir ki, siyasi və hərbi gücümüzü artıq bütün dünyaya qəbul edir. Azərbaycan regionun aparıcı ölkəyə çevrilib. G-20 toplantısında iştrakımız iqtisadi baxımdan əhəmiyyətli olacaq. Azərbaycan regionda və daha geniş coğrafiyada transmilli kommunikasiya xətlərinin, müasir infrastruktura malik nəqliyyat-tranzit dəhlizlərinin yaradılması işində fəal rol oynayır və artıq demək olar ki, bölgənin nəqliyyat-logistika mərkəzinə çevriləcək.

Xatırladaq ki, G-20-nin daimi üzvləri Almaniya, ABŞ, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya, habelə Avropa İttifaqıdır.

0.26921486854553