AYİB ilə əməkdaşlıqda əsas hədəflər açıqlanıb

Azərbaycan hökuməti Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlığın 7 başlıca istiqamətləri daha da genişləndirmək üçün yeni imkanlar araşdırır.

“Report” hökumətdəki mənbələrə istinadən xəbər verir ki, AYİB-ə təqdim edilən həmin sahələr aşağıdakılardır: kiçik və orta sahibkarlığın inkişafı, özəl sahibkarlığın dövlət tərəfindən daha səmərəli dəstəklənməsi, özəlləşdirmə, iqtisadi artım və məşqulluğun artırılması sahələrində özəl sahibkarlığın yüksək səviyyədə iştirak etməsi, dövlət müəssisələrinin daha səmərəli, şəffaf və rəqabətcil vəziyyətə gətirilməsi üçün köklü islahatı, dövlət-özəl sektorunun tərəfdaşlığının genişləndirilməsi, rəqəmsal iqtisadiyyatın daha da inkişaf etdirilməsi.

İndiyədək AYİB Azərbaycanda 3 mlrd 123 milyon avro məbləğində həyata keçirdiyi 175 layihənin 13-ü dövlət sektorunun (1,6 milyard avro), 162-i də özəl sektorunun payına düşür.

0.38030195236206