Fuad Əliyev: Məmurlar həbs olunmalı, əmlakları müsadirə edilməlidir

"Məmurlar hektarlarla torpaq işğal ediblər və az qalıb ki, orada özlərinə futbol meydanşçası düzəltsinlər"

Baku News xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Versus.az-a müsahibəsində bildirib.

 - Fuad bəy, bu gün sosial sferada cərəyan edən proseslərə yanaşmada nələr müşahidə olunur, məişət problemlərinə sosial yanaşmada dəyişən nə var? Sosial problemlər azalıb, yoxsa insanlar hələ də qələbə ruhundan qidalanır, gözləyir?

- Fikrimcə, 44 gün müharibə gedən vaxtda hamı bütün məişət problemlərini yaddan çıxartdı. Amma qələbə olandan sonra - demək olar ki, yanvar-fevral ayından başlayaraq artı məişət problemləri üzə çıxır. Yeni il başlayandan sonra Taarif Şurası bir necə dəfə müəyyən sahədə qiymətləri qaldırdı. Bu da istər-istəməz vətəndaşların yaşayış səviyyəsini çətinləşdirməklə narazılığa səbəb oldu. Amma inanmıram ki, bu problemləri hökumət görmür. Ona görə də, çox istərdim ki, aparılan islahatlar təkcə kadr islahatları ilə bağlı deyil, iqtisadi islahatları da əhadə etsin. Hesab edirənm ki, bu islahatlar yarımçıq qalıb.  Başa düşürəm ki, pandemiya dövrüdür, müəyyən çətinliklər var. Amma bu islahatlar olmalıdr. Bəziləri deyirlər ki, korrupsionerin əmlakını əlindən almaq lazımdır, amma həbs etmək lazım deyil. Belə çıxır ki, oğurlasın, sonra da otursun yerində. O adamlar korrupsioner məmurları dəstəkləyir. Bir tərəfdən də mesaj verirlər ki, ay korrupsioner, səni dəstəkləyirəm pul burax, gəlim hakimiyyətə. Korrupsioner məmur, nazir, hər hansı vəzifəli şəxs istənilən ölkədə cəzasını alıb və əmlakı müsadirə olunub. Şərqdə oğrunun əlini də kəsirlər. Qərbdə həbs edirlər, cinayət məsuliyətinə alırlar. Amma bizim bəzi siyasətçilər “korrupsioneri niyə tutmalıdırlar, əmlakını müsadirə etsinlər, bitsin” deyə, az qala xalqı günahlandırırlar. Biz hansısa qüvvələrin əli ilə Azərbaycana qarşı edilə biləcək növbəti xəyanətin qarşısını almalıyıq. Unudurlar ki, bu məmurlar vətəndaşın pulunu oğurlayır. Onların tikdirdiyi saraylarına baxırsan, ərəb şeyxlərinin elə villaları yoxdur. Məmurlar hektarlarla torpaq işğal ediblər və az qalıb ki, orada özlərinə futbol meydanşçası düzəltsinlər. Əlbəttə ki, belə məmurlar həbs olunmalı, əmlakları müsadirə edilməlidir ki, başqaları üçün də dərs olsun.

- Bir qədər əvvəl bir çox millət vəkilləri vəzifəsindən çıxarılan məmurların ölkədə çevrilişə hazırlaşdıqları ilə bağlı fikirləri mətbuatda müzakirəyə çıxartdı. Bu barədə nə söyləyərdiniz?

- Bəli, belə situasiyada çevriliş istənilən vaxt baş verə bilər. çünki vəzifədən çıxarılan məmurların milyardlarla pulu, az qala öz silahlı dəstələri var. Bəzi qurumlar özünün təhlükəsizlik idarəsini yaradıb əməkdaşlarının əlinə silah verib. Ona görə də narazı məmurlar hər an çevriliş edə bilərlər. Qərbdə bir nazırin, məmurun adı qalmaqalda hallanırsa, o dərhal istefa verir. Amma bizim məmurlarda o mədəniyyət formalaşmayıb. Bizdə deyirlər ki, bu kreslo mənimdir, almışam, yaxud, oturmuşam özəlləşdirmişəm. Bu yaxınlarda Danimarkada növbədənkənar peyvənd eləyən bir nazir istefa verdi, qaldı ki, o korrupsiya, ruşvətə yol versin. Bizimkilər elə bilir ki, belə də olmalıdr. Ən maraqlısı da budur ki, bizim bəzi siyasi partiyalar da onları müdafiə edir. Bu düzgün yanaşma deyil. Korrupsiya, rüşvət, mənimsəmə varsa, ona qarşı çinayət işi açılmalıdır, həbs olunmalıdır ki, ondan sonra gələn məmurlar görsün ki, oğurluq etsələr tutulacaqlar.

- Maraqlı məsələyə toxundunuz. Hesab edirsiz ki, bəzi müxalifətdən olan partiya sədrləri də məmurları dəstəkləyir, sizcə niyə? Partiya sədrlərini məmurlardan asılı salan məsələlər nədir?

- Mənə elə gəlir ki, o partiya sədrləri həm dövlətdən maliyyə alır, həm də şəxsi münasibət qurduqları o məmurlardan. İndi də qruplaşmalar var, heç nə dəyişməyib. Kadr islahatları tam olmayıb. Əslində yerdəyişmə edilib. Həmin adamlar daha kəskin fəaliyyət göstərib islahatların qarşısını alır, öz komandalarını yığırlar. İslahatları tam aparmaqla o məmurları başa salmaq lazımdır ki, onlar vəzifəyə pul yığmaq üçün qoyulmayıblar.

3.2783880233765