ALDP sədri: Hakimiyyətin kadr siyasəti çox zəifdir

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.

– Zamanın çarxı dünyanın siyasi-sosial həyatında nələrin baş verməsindən asılı olmayaraq fırlanır və təqvimlər dəyişir. Budur, 2021-ci ilin mart ayı gəldi. Bir neçə gündən sonra Novruz bayramı geyd edəcəyik. Qədim türk xalqlarına məxsus Novruz bayramı gecə-gündüzün bərabərliyi günündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Fuad bəy, Novruz bayramında gözləyək?

– Novruz bayramı vətəndaşlarımız üçün xeyirli-uğurlu olmasını, insanlarımızın sosial-iqtisadi problemlərinin azalmasını arzulayıram. Novruz bayramda adətlərimizə uyğun olaraq, qapılara pay üçün atılan torbalar dolu olsun. Hesab edirəm ki, bu missiyasını bizim iqtidar öz öhdəsinə götürməlidir. Hakimiyyət əlində olan qanunlardan, imkanlardan istifadə edərək vətəndaşların əhval-ruhiyəsini qaldırmaqla ona ən böyük hədiyyəsini vermiş olacaq. Bura ən sadə halda maaşların artması, qiymətlərin aşağı düşməsi daxil ola bilər. Rüşvətxorluğun, korrupsiyanın, monopoliyanın qarşısı alınsa vətəndaşlarımız üçün daha gözəl nəticələrə nail olunacaq. Bu məsələlər həll olunarsa, vədəndaşlara böyük hədiyyə verilmiş olar.

– Hər zaman insanlar yeni ilə, Novruz bayrama yeni gün, yeni uğurların başlanğıcı kimi yanaşırlar. Psixoloji olaraq, belə bir inam var ki, sanki bu tarixdən sonra dəyişikliklər olacaq. Ötən il cərəyan edən proseslərin gedişinə nəzər salsaq, insanlar uğurlu yeniliklərin olacağını gözləməkdə nə dərəcədə haqlıdılar? Bu məsələdə hansı nüanslara diqqət çəkmək lazımdır?

– İnsanın nə qədər problemi olsa da, ümidlə yaşayır ki, nə vaxtsa bunları həll edəcək. Hər günə ümidlə baxır. Məsələn, çoxumuz hətta həftə sonundan düşünürük ki, artıq 1-ci gündən işimizdə başqa bir dönüş edəcəyik. Amma yeniliyin, dəyişikliyin olması təkcə vətəndaşdan asılı deyil. Təbii ki, evdən, yaxud işdən kənarda baş verən proseslər onun bütün istəklərinin gerçəkləşməsinə imkan vermir. İnsanların ümidləri qırılmasın deyə hakimiyyət əlində olan rıçaqlardan istifadə etməlidir. Hər il büdcədən milyonlarla pullar silinir, bir çox hallarda isə gərəksiz sahələrə şişirdilmiş rəqəmlərlə pullar ayrılıb mənimsənilir. Amma həmin pullar normal şəkildə, normal işlərə sərf edilsə problemlər yaranmaz. Əsas budur.

– Keçən il İcra Hakimiyyət strukturlarda, Mədəniyyət və Xarici İşlər Nazirliyində qalmaqalı  həbslər rüşvətə və korrupsiyaya qarşı mübarizənin göstəricisi kimi hesab etmək olarmı?

– Vaxtı ilə ölkədə İcra Hakimiyyət strukturlarda, yaxud digər nazirliklərdə baş verən korrupsiya ilə bağlı ictimaiyyətə dəfələrlə məlumat verilsə də,  buna heç bir reaksiya olmurdu. Hesab edirəm ki, bir neçə il bundan qabağ, Vergilər Nazirliyindəki dəyişiklik hakimiyyətdə yaranan iki qrup arasında gedən mübarizənin nəticəsi oldu. Yəni daha güclü olan qrup köhnə nazirləri yeniləriylə dəyşib. Daha sonra bir neçə icra başçısı və məmurlrın həbsi oldu. Amma bu dəyişiklikdən cəmiyyətimiz heç nə qazanmadı. Ona görə ki, birinci növbədə kadr siyasəti çox zəifdir. Mən anlayıram ki, menecer istənilən idarəni, zavodu idarə edə bilər. Amma vergilər, təhsil, səhiyyə sisteminə həmin sahənin peşəkarları, profesional şəxslər idarə etməlidir. Bizdə isə belə deyil. Bizdə əsasən vəzifələrə hakimiyyətə yaxın adamlar təyin olunur, burda peşəkarlıq nəzərə alınmır.

Astroloji proqnozlara inansaq, belə çıxır ki, siyasi gedişatlardan asılı olmayaraq taleyimiz ulduzların düzülüşündən, bürclərdən də asılıdır. İlinizə, bürcünüzə güvənsəniz ulduzlar sizə nə vəd edəcək?

– Mən vaxtilə astrologiyayla məşğul olmuşam. Əllə taleyi bilmək, bürclərə görə xarakterləri müəyyən etmək və sair… Bu, gəncliyimdə olub. Amma mən ancaq Allaha inanıram. Bürclər, əllə taleyi bilmək, bütün bunların hamısını insanlar özləri fikirləşib, yəni bu, baş qatmaq üçündür. İnsan gərək Allaha inansın. Kimsə belə şeylərə inanırsa, bu da onun şəxsi işidir. Mən nə yeni ili, nə bu kimi tarixi təqvimləri xüsusi olaraq qeyd etmirəm. Yəni, ailə-uşaq üçün ailə daxilində qeyd olunur. Lakin mənim üçün bu adi xronoloji tarix dəyişimidir. Bürclər bizi idarə etmir. Yaxşı günləri də Allah bizə verir, pis günləri də. Allah problemləri insanlara bərkimələri üçün verir. Ona görə də Allah nə göndərirsə onu qəbul etməli, şükr etməli, pisinə də yaxşı deyib qəbul etməliyik. Çünki pis olmasa insan yaxşı günlərinə qiymət vermiyəcək. Hər halda son 20 ildə gəldiyim qənaət budur. Mən bu illər ərzində nə gözlüyürdümsə, Allahın köməkliyi ilə çoxusu həyata keçdi. Hər halda yaxın gələcək üçün istəklərim var. Yəqin ki Allahın köməkliyi ilə hamısı olmasa da, əsas qismi həyata keçər.

5.7029271125793