Bəxtiyar Abbasovdan öz ad gününə qələbə hədiyyəsi - FOTO/VİDEO

Azərbaycanın MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb. 

Bakunews.media xəbər verir ki, bu gün 34 yaşını qeyd edən idmançımız “UAE Warriors 9” turniri çərçivəsində uğur əldə etməklə özü-özünə ad günü təbriki edib. 

Belə ki, o, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib.

Orta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub və xal hesabı ilə qalib elan olunub.

“Mubadala Arena”dakı döyüş Bəxtiyar Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün ümumilikdə 18-ci, ardıcıl dördüncü qələbəsini bayram edib. Maraqlıdır ki, onun rəqibi İqor Litaşik də 23-cü görüşünü keçirib. O, doqquzuncu məğlubiyyətini alıb.

Səbuhi Musayev

0.29248094558716