Həbib Nurməhəmmədovun əmisi oğlu rəqibini nokauta göndərdi - VİDEO

Qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Usman Nurməhəmmədov ukraynalı rəqibi Roman Qolovin üzərində texniki nokautla qələbə qazanıb.

Döyüş ötən gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilib. 3 dəqiqə 20 saniyə davam edən qarşılaşma Nirməhəmmədovun davamlı zərbələrindən sonra dayandırılıb. Döyüşü izləyənlər arasında UFC”çempionu, Usman Nurməhəmmədovun əmisi oğlu Həbib Nurməhəmmədov da olub. 

21 yaşlı Usman Nurməhəmmədov keçirdiyi 8 döyüşün hamısını qələbə ilə başa vurub.

 

0.35678696632385