Kanada Baş nazirinin təyyarəsi anqara çırpılıb - FOTO

Kanadanın Baş naziri Castin Trüdonun əsas təyyarəsi 2020-ci ilin avqust ayına qədər sıradan çıxıb.

Bu barədə CTV kanalı Kanada Silahlı Qüvvələrinə istinadla xəbər verib.

Telekanalın məlumatına görə, hadisə oktyabrın 18-də Ontario əyalətinin Trenton şəhərində hərbi bazada baş verib. Həmin vaxt təyyarə anqara çırpılıb. Nəticədə, hava gəmisinə ciddi zərər dəyib.

O da vurğulanır ki, təyyarə Baş naziri beynəlxalq tədbirə aparırmış. Trüdo Londonda NATO-nun sammitinə HHQ-nin başqa təyyarəsində uçub.

0.3390519618988