Sərhəddən keçə bilməyən azərbaycanlı gömrük işçilərinə rüşvət təklif edib

Ukraynanın Xarkov vilayətində gömrük işçiləri azərbaycanlını sərhəddən buraxmayıblar.

Bakunews.media-ın xəbərinə görə, o, Rusiyadan Ukrayna ərazisinə keçmək istəyib.

Lakin onun Ukraynada qalma müddəti bitdiyi üçün ölkə ərazisinə buraxılmayıb.

O, günahını ört-basdır etmək üçün gömrük işçilərinə 100 dollar (170 azn) rüşvət təklif edib.

Hərbçilər puldan imtina edərək, hüquq-mühafizə orqanlarına xəbər veriblər.

Günel Murad

0.45803308486938