Lənkəranda bıçaqlanan gəncin vəziyyəti ağırdır

Lənkəranda 25 yaşlı gənc bıçaqlanıb, vəziyyəti ağırdır.

Bakunews.media-ın bölgə müxbirinin xəbərinə görə, 25 yaşlı Səfərov Aqil Baloğlan oğlu yaşadığı Yuxarı Nüvədi kəndində kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı kürəkarası nahiyənin kəsilmiş-deşilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan yaralı hazırda həkimlər tərəfindən əməliyyat olunur.

Faktla bağlı araşdırma aparılır.

Rövşən Mövlan

0.30197906494141