Kürd yaraqlıları iki ayda 45 dinc sakin öldürdülər – Türkiyə MN

Türkiyənin Milli Müdafiə Nazirliyi “Barış pinarı” əməliyyatı zamanı kürd silahlı dəstələrinin qətlə yetirdikləri dinc sakinlərin sayını açıqlayıb.

Məlumat nazirliyin “Twitter” səhifəsində yerləşdirilib.

Bildirilir ki, oktyabrın 9-dan indiyə kimi kürd yaraqlıları tərəfindən 45 dinc sakin öldürülüb, daha 244 nəfər yaralanıb.

Türkiyə hərbi idarəsi Fəratın sağ sahilində təhlükəsizlik zolağının yaradılması üzrə əməliyyatı davam etdirəcəyini qeyd edib.

0.33161520957947