“WSJ”: ABŞ Yaxın Şərqə 14 min hərbçi göndərəcək

ABŞ administrasiyası razılıq verərsə daha 14 min amerikalı hərbçi Yaxın Şərqə göndərilə bilər. 

Bu barədə yüksən vəzifəli mənbələrə istinadən nüfuzlu “Wall Street Journal” nəşri yazır.

Bildirilir, ki ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə hərbi qüvvələrin əhəmiyyətli şəkildə artırılması qərarını dekabrda verə bilər. Söhbət hərbi texnikadan, gəmilərdən və 14 min hərbçidən gedir. 

Bununla da, ABŞ-ın Yaxın Şərqdəki hərbi kontingentini iki dəfə artırılmış olacaq. 

Nəşr bu addımı İrana müqavimət göstərmək zərurəti ilə bağlayır.

 

0.33477592468262