Daşkəsəndə quduz itlərdən özgə evdə gizlənən kişi döyüldü

Daşkəsən rayonunda döyülmə hadisəsi qeydə alınıb. 
 
Bakunews.media-n bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çovdar kəndində baş verib. 
 
1975-ci il təvəllüdlü Xanoğlan Salmanov döyülərək müxtəlif bədən xəsarətləri alıb. 
 
Zərər çəkmişin sözlərinə görə, kəndin ərazisində küçə itləri ona hücüm çəkib və o qorxusundan bir evin həyətinə girib. Ev sahibi isə “dəvətsiz qonağı” oğru hesab edərək onu döyüb. 
 
Fakt polis əməkdaşları tərəfindən araşdırılır. 
0.34431290626526