Yaponiyada robot ilk dəfə olaraq dükanda alış-verişdə kömək edəcək

Yaponiyanın paytaxtı Tokioda robot köməyi ilə alış-veriş edən dükan açıldı. Dükanın sahibi “All Nippon Airways” aviaşirkəti bildirir ki, bu dünyada ilk belə təcrübədir.

Market 5-24 dekabr tarixlərində test rejimində fəaliyyət göstərəcək. “Təzə mən” (newme) adlı robot-avatar 1,5 metr hündürlükdədir.

Onu xüsusu proqram vasitəsi ilə istənilən elektron qadjetlə idarə etmək mümkündür. İstifadəçi dükanda gəzərək seçim edir və almaq istədiyi malları qeyd edir, robot isə onları kassaya çatdırır.

Yaponiya gələn il keçiriləcək Olimpiya oyunlarında minə qədər belə robotdan istifadə etmək niyyətindədir. 

0.28490805625916