Millimiz Millətlər Liqasında Ermənistanla bir səbətdə yer alacaq

UEFA İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də UEFA Millətlər Liqasının 2020/21-ci il mövsümü ilə əlaqədar olub.

Bakunews.media xəbər verir ki, Azərbaycan milli komandası növbəti UEFA Millətlər Liqasında C Liqasında mübarizə aparacaq. 

Millimiz C liqasının reytinqə görə ən zəiflərin yer aldığı dördüncü səbətində yer alıb. Bu səbətdə digər komandalar Qazaxıstan, Moldova və Ermənistan yığmalarıdır.

C liqasında yığmamızın potensial rəqibləri isə bu komandalardır:

Birinci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan

İkinci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr

Üçüncü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq

Qeyd edək ki, UEFA Millətlər Liqasının  püşkatma mərasimi 2020-ci il martın 3-də Niderlandın paytaxtı Amsterdamda keçiriləcək.

Səbuhi Musayev

0.37527012825012