Petrosyan: Serj Sarkisyana qarşı cinayət işi yalnız siyasi maraqlara bağlıdır

Serj Sarkisyanın Avropa Xalq Partiyasının Zaqrebdəki zirvə toplantısındakı son çıxışı onun ağzını bağlamaq istəyinin yaranması üçün əsas ola bilər, mən bunu istisna etmirəm.

Aysor.am xəbər verir ki, bu sözləri Çiçəklənən Ermənistan Partiyasının deputatı Gevork Petrosyan deyib.

“Orada hüquqi təhlükəsizliyimiz sahəsində problemlər səsləndirildi və təbii ki, bu hakimiyyətin xoşuna gələ bilməzdi. Lakin hüquqşünas kimi mən dəqiqliklə deyə bilmərəm ki, Serj Sarkisyana qarşı cinayət işi yalnız siyasi maraqlara bağlıdır”, - Petrosyan bildirib.

Petrosyanın sözlərinə görə, hakimiyyət ictimaiyyəti mütəmadi şoularla, sonu gəlməyən məhkəmə prosesləri və həbslərlə qidalandıra bilməz, çünki insanlar hakimiyyəti şouya baxmaq üçün deyil, daha yaxşı yaşamaq üçün dəyişiblər.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup məmurdan 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun barəsində ölkədən çıxmağa qadağa qərarı qəbul edilib.

0.31770086288452