Kürdəxanıda qəzada iki nəfər yaralandı - 22 yaşlı qızın vəziyyəti ağırdı

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.  

Bakunews.media xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.  

İki minik avtomobilinin toqquşması nəticəsində 1953-cü il təvəllüdlü Həsənov İsrafil Cəbrayıl oğlu və onun qohumu, 1997-ci il təvəllüdlü Həsənova Aytac Həsən qızı xəsarət alıblar.  

Yaralılar xəstəxanaya çatdırılıb. A.Həsənovanın vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır. 

Kamil Əmirli, Elşad Mətləboğlu

0.37708306312561