Pişiyiniz üçün təhlükəli qidalar hansılardır?

Hər bir pişiyin sağlamlığı birbaşa onun qidasından asılıdır.

Reklam edilən qida paketlərində kifayət qədər ət yoxdur. Çox zaman belə qidaların tərkibində soyanın miqdarı da həddindən artıq yüksək olur. Bu isə heyvanın arıqlaması ilə nəticələnir.

Ekspertlərin sözlərinə görə, pişiklərin süd içməsinin lazım olduğuna dair ümumi inanc, sadəcə olaraq yanlış fikirdir. Bu, yalnız balaca pişiklərə fayda verə bilər. Lakin yetkin heyvanların mədəsi laktozanı parçalamaq üçün lazımi fermentlərə malik deyil. Buna görə də süd içən dördayaqlının qarnında ağrılar başlaya bilər.

Həmçinin, qızardılmış balıq və ya konservləşdirilmiş yeməkləri də həzm etmək çətindir. Çiy çay balıqlarında isə parazit ola bilər.

Həmçinin, çiy qaraciyər də tərkibində helmintlərin olması səbəbindən ən yaxşı seçim deyil. Mütəxəssislər xəbərdarlıq edir ki, yeməkdə olan sümüklər heyvanın mədəsinin zərif divarlarını zədələyə bilər. Odur ki, ev heyvanına sümüksüz ət vermək daha yaxşıdır. Və nəhayət, qaynadılmış yumurta - onlar bir pişik üçün çox faydalıdır. Lakin bildirçin yumurtaları burada istisnadır.

Həm də unutmayın ki, yumurtanı da pişiklərə çiy vermək tövsiyə olunmur.

Mənbə: life.ru

0.31937599182129