Maradona yadplanetlilər tərəfindən qaçırılmağından danışdı

Argentinanın sabiq forvardı Dieqo Maradona jurnalistlərin yadplanetlilərə inanıb-inanmadığı ilə bağlı sualına zarafatyana cavab verib. 

“Daily Mail”-in məlumatına əsasən, Maradona bildirib ki, bir qonaqlıqdan sonra evə üç gün qayıtmayıb. Forvard özünə bəraət qazandırmaq üçün onu yadplanetlilərin qaçırdığını deyib.

“Mən bax beləcə də dedim. Onlar məni qaçırmışdılar, lakin bu barədə danışa bilmərəm”, - deyə Maradona zarafatyana cavab verib. 

Dieqo Maradona tarixin ən yaxşı futbolçularından biri sayılır. O,  Argentina Milli futbol komandasının heyətində 1986-cı ildə futbol üzrə dünya çempionatının qızıl, 1990-cı ildə isə gümüş medallarını qazanıb.

0.38946008682251